Video 15:16 31.07.2020

Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır (VİDEO)

Ümumdünya Səhiyyə Təşkilatının missiyasının yekunlarına dair mətbuat konfransı keçirilib.

Oxu.Az-ın məlumatına görə, konfrans "Zoom” proqramı vasitəsilə onlayn baş tutub.

Brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva, TƏBİB-in  Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev və missiyanın üzvləri iştirak edib.