Ölkə 22:34 14.07.2020

Azərbaycanda koronavirusa yoluxan professor xəstəxanadan evə buraxıldı

"Yeni klinika"da koronavirusdan müalicə olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov və onun həyat yoldaşı Elnurə Abbasova bu gün evə buraxılıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə tənqidçi Əsəd Cahangir bildirib.

Qeyd edək ki, koronavirusa yoluxan İ.Abbasov və həyat yoldaşı E.Abbasova iyulun 6-da xəstəxanaya yerləşdirilib.