Ölkə 14:57 27.07.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5011 nəfər vəfat edib, aktiv xəstə sayı 3913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 895, ötən müddət ərzində isə ümumilikdə 3 992 592 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 020 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 686 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 945 857 təşkil edir.