Azərbaycanda maaşların orta aylıq miqdarı açıqlandı

Azərbaycanda maaşların orta aylıq miqdarı açıqlandı

2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalıb.

Bundan əlavə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

X
XƏBƏRLƏR
BLOGLAR