Ölkə 12:48 27.12.2017

Azərbaycanda mağazadan 70 minlik mal oğurladılar

Azərbaycanda mağazadan külli miqdarda dəyəri olan tütün məmulatları oğurlanıb. 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, hadisə Zərdab rayonunda baş verib. Rayon ərazisində yerləşən və Azər Əliyevə məxsus olan mağazadan 70 min manatlıq siqaret naməlum şəraitdə oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun rayon sakinləri Mail ƏsgərovAbdulla Kərimov tutulub.

Faktla bağlı cinayət işi açılıb.