Ölkə 16:35 16.11.2018

Azərbaycanda maraqlı fləşmob keçirildi (FOTO)

Ölkə gəncləri ailələrin qorunması, boşanma mədəniyyətinin bərqərar olması və uşaqlara alimentin ödənməsi ilə bağlı şüarları əks etdirən orijinal fləşmob keçiriblər. 

Qaynarinfo xəbər verir ki, fləşmob "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində reallaşıb. 

Paytaxt və regionlardakı gənclər əhalinin sıx toplaşdığı küçə, meydan və xiyabanlarda üzərində "Ailəni qoru!”, "Ən gözəl ailə, bizim böyük ailəmizdir!”, "Ailəni sev və anlayış göstər!”, "Ailənə əl qaldırma!”, "Ailəni dağıtma, uşaqlarını yetim qoyma!”, "Alimenti vaxtında ödə, uşağın buna möhtacdır!”, "Uşaqların göz yaşı sənin eqondan qiymətlidir!”, "Ailələr dağılmasın, uşaqlar boynubükük qalmasın!” və digər şüarların yazıldığı plakatları tutaraq dolaşıblar.
 
Fləşmob onu izləyən vətəndaşlar arasında böyük maraqla qarşılanıb.