Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü: yaralılar var

Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü: yaralılar var

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Baş verən qəza nəticəsində məhbus daşıyan maşında olan şəxslər  - polis əməkdaşı, 1988-ci il təvəllüdlü Anar İlham oğlu Alışov, məhbuslar - Balakən rayonu Talalar kənd sakini, 1987-ci il təvəllüdlü Asəf Mustafa oğlu Yolçuyev və Balakən rayonu Tülü kənd sakini, 1973-cü il təvəllüdlü Xalid Məcid oğlu Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR