Siyasət 13:35 07.05.2019

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək? (AÇIQLAMA)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib. 

Qaynarinfo-nun məlumatına görə, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq. 

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq. 

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.