Ölkə 18:41 26.01.2022

Azərbaycanda pandemiya nə zaman bitəcək? - İnfeksionist açıqladı

"Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.

Qaynarinfo xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: "Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.