Ölkə 23:59 05.02.2018

Azərbaycanda personalsız işləyən meteoroloji stansiyaların sayı artırıldı

Azərbaycanda personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı artırlıb. Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Trend”ə verilən məlumata görə, ötən il personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı isə 4-dən 11-ə çatdırılıb.

Ötən il ərzində hidrometeoroloji müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilib, müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanılması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sisteminə məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi quraşdırılıb, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100%-ə çatdırılıb. Avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb, bu stansiyalardan biri işğaldan azad edilən Cocuq Mərcanlı kəndində qurulub.