Video 22:10 06.05.2019

Azərbaycanda pullu yolların inşasına başlanılır (VİDEO)

Ölkəmizdə istər yerli, istərsə də xarici özəl şirkətlər tərəfindən pullu yolların inşasına başlanılır.

Avtomobil Yolları Dövlət Agentliyi"Tik-İşlət-Təhvil ver" modelinə uyğun olaraq özəl şirkətlərə əməkdaşlıq üçün müraciət edib.

Agentliyin mətbuat katibi Anar Nəcəfli deyir ki,əsas məqsəd sürücülərə keyfiyyətli, daha qısa alternativ yollardan istifadə etmələrinə şərait yaratmaqdır. Onun sözlərinə görə hansı yolların bu model vasitəsilə tikilməsi artıq müəyyən edilib

Anar Nəcəflinin sözlərinə görə pullu yolların tikintisinə agentlik nəzarət edəcək. Ödənşin miqdarının yolu inşa edən şirkət tərəfindən müəyyən edilməsi nəzərdə tutulmayıb

Müraciət yeni olduğundan bununla bağlı özəl şirkətlərdən heç bir təklifdaxil olmayıb.