Ölkə 10:30 19.02.2020

Azərbaycanda qadın saytı fəaliyyətə başladı (FOTO)

Azərbaycan media məkanında yeni bir qadın saytı fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, Qadinklubu.com artıq internet istifadəçilərinin ixtiyarındadır.

Saytın təsisçisi və baş redaktoru Gülər Hüseynlidir. 

Sayt əsasən xanım oxucular üçün nəzərdə tutulub. Saytda hər yaş qrupundan olan xanımların marağına səbəb olacaq xəbərlər dərc olunacaq. Saytda ana və uşaq, sağlamlıq, gözəllik, dəb, həkim məsləhəti, pəhriz, evlilik, Azərbaycan və dünya mətbəxindən reseptlər və həmçinin digər mövzularda da yazılar, xəbərlər, müsahibələr yer alacaq.

Gələcəkdə saytın rus və ingilis dilli bölmələrinin də yaradılması nəzərdə tutulur.