Ölkə 19:20 12.09.2017

Azərbaycanda qadınlar üçün ilk regional biznes inkubatoru yaradılacaq

Azərbaycanda qadınlar üçün ilk regional biznes inkubatoru yaradılacaq.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının 0istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, İqtisadiyyat Nazirliyi yanında bu məsələlərlə məşğul olan müvafiq işçi qrupu 2017-ci il iyulun 13-də yaradılıb.

Hesabatda bildirilir ki, Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində qadınlar üçün ilk regional biznes inkubatorunun yaradılması nəzərdə tutulub. Biznes inkubatorunda xalçaçılıq, toxuculuq, dekorativ əl işləri, tikiş, İKT və s. sahələr üzrə təşəbbüskar qadınların fəaliyyət göstərməsi planlaşdırılır.

Quba-Xaçmaz iqtisadi rayonunda qadın biznes inkubatorunun yaradılmasının təşviqi məqsədilə müxtəlif inzibati rayonlarda maarifləndirici tədbirlərin ("dəyirmi masa"ların, seminarların, görüşlərin, konfransların və s.) keçirilməsi üçün hazırlıq işlərinin (çap məhsullarının, reklam vəsaitlərinin hazırlanması və s.) görülməsinə başlanıb.

Tədbirlərin cari ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.

Qaynarinfo.Az