Foto 12:50 24.03.2019

Azərbaycanda qatarla avtomobil toqquşdu: ölən var (FOTO/VİDEO)

Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.