Sağlamlıq 11:00 23.11.2017

Azərbaycanda qorxunc statistika: 10 ayda 1401 nəfərin...

2017-ci ilin 10 ayı ərzində 1401 aorta – koronar şuntlama əməliyyatı keçirilib. 

Qaynarinfo xəbər verir ki, bu məlumat cebhe.info-nun sorğusuna cavab olaraq Səhiyə Nazirliyindən verilib. Məlumata görə, 2016-ci ildə Azərbaycanda 2079, 2017-ci ilin 9 ayı ərzində isə 1253 şuntlama əməliyyatı aparılıb. 

Statistikaya nəzər salsaq, bu ilin sonuna qədər sözügedən əməliyyatların sayı bir qədər də artacaq. Nazirlik bildirir ki, daha çox hansı yaş kateqoriyaları arasında şuntlama əməliyyatının aparılması barədə ayrıca statistika yoxdur. Məlumat üçün qeyd edək ki, ən ağır hallarda aorta-koronar şuntlama əməliyyatı tətbiq olunur. Əməliyyat ondan ibarətdir ki, xüsusi şuntun köməyi ilə ürəkdə qan üçün yeni "dolayı yol" açılır. Şuntun vəzifəsini xəstənin budundan (bəzən digər yerlərdən) götürülmüş damar yerinə yetirir. Nəticədə ürəyin qanla təchizatı bərpa olunur. 

Qeyd edək ki, şuntlama əməliyyatının geniş yayılması əhali arasında narahatlıq yaradır və ürək fəaliyyətindən qısmən də olsa şikayətlənənlər sonunca əməliyyat masasına yatırılacaqlarını düşünürlər.