Foto 20:16 04.09.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı (FOTO)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Qaynarinfo xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7048 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 949 313 test aparılıb. Onlardan 37 031-nin cavabı pozitiv çıxıb. İndiyədək 543 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 419 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2069 nəfərdir. 135 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 132 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 155 pasiyent sağalıb.