Azərbaycanda siqaretin vergisi artırıla bilər

Azərbaycanda siqaretin vergisi artırıla bilər

İyulun 7-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Dünya Bankının ekspertləri ilə görüşmüşdür.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi bildirmişdir ki, ekspertlərin Azərbaycana səfərinin məqsədi dövlət rəsmiləri ilə tütün məmulatlarının aksız vergisinin artırılması məsələlərini müzakirə etməkdir.

Dünya Bankının Tütünə nəzarət  üzrə qlobal proqramının koordinatoru Patricio V. Marquez və digər ekspertlər bir çox ölkələrdə tütün məmulatları vergisinin artırılmasının həm dövlət, həm də istehlakçılara fayda  verdiyini qeyd edərək bunun yüksək gəlirlərə və səhiyyə üzrə müsbət nəticələrə yol açdığını bildirmişdir.

Baş nazirin müavini Əli Əhmədov bu təşəbbüsün qonşu ölkələrin təcrübələrini və beynəlxalq praktikanı nəzərə almaqla dəyərləndiriləcəyini vurğulamışdır.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR