İdman 14:37 06.12.2013

Azərbaycanda stadionda - BOMBA HƏYƏCANI

Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

APA-nın verdiyi məlumata görə, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in «102» Zəng Mərkəzinə telefon açaraq “stadiona bomba qoyulub, partlayacaq” deyərək dəstəyi asıb.

Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.

Qaynar.info