Sənət 17:15 09.07.2014

Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - VİDEO

Tanınmış nağara ifaçısı Şahin dünyasını dəyişib. 

Bu barədə AzNews.az-a əməkdar artist, nağara ifaçısı Natiq Şirinov məlumat verib: “Şahin bu gün səhər saatlarında dünyasını dəyişib. Mən də bir az əvvəl eşitdim. Heyf Şahindən. Çox yaxşı musiqiçi və gözəl insan idi”. 

N. Şirinov bildirib ki, həmkarı ürək tutmasından vəfat edib. 

Qeyd edək ki, 1973-cü il təvəllüdlü musiqiçi əslən Masallı rayonundandır . O, həmçinin Azərbaycanda bir sıra teleşouların da musiqi heyətinin üzvü olub. Mərhum musiqiçi Masallıda dəfn ediləcək. 

Allah rəhmət eləsin!

Qaynar.info