Ölkə 22:04 06.03.2020

Azərbaycanda teatr koronavirusa görə tamaşaları dayandırdı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.

O bildirib ki, qərar 27 mart tarixinədək qüvvədədir.