Ölkə 11:14 01.04.2018

Azərbaycanda toya gedən 6 nəfər dəhşətli qəzada öldü

Dünən Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, rayonun Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında olanlar toya gedirmiş. Belə ki, Bakıda yaşayan Ləj kənd sakinləri yaxın qohumlarının toyunda iştirak etmək üçün paytaxtdan doğma rayonlarına yola düşüblər.

İlkin araşdırmalar zamanı dəhşətli qəzaya yük maşınının səbəb olduğu məlum olub və sürücü, 1987-ci il təvəllüdlü Natiq Cəfərov hadisənin necə olduğunu danışıb. O deyib ki, paytaxt istiqamətində hərəkətdə olarkən qarşısındakı minik avtomobili qəfil əyləcə basıb. İdarə etdiyi iri yük maşınını qarşısındakı avtomobilə çırpmaq istəməyən 31 yaşlı sürücü yolun əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkətdə olan "Mitsubishi Pajero İO” ilə toqquşub.

Minik avtomobili ilə toya gedən 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə AslanovaMəsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib.