Foto 16:34 06.11.2017

Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satılır (FOTOLAR)

Türkiyənin Muş şəhərində satışa çıxarılan 1,5 metrlik balıq vətəndaşların marağına səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Fırat Alaslan tərəfindən satılan balıq 1,5 metr, 63 kq tuna balığıdır və Azərbaycanda tutulduğu bildirilir. 

Sərgilənən balıqla insanlar şəkil çəkdiriblər. Tuna daha sonra satışa çıxarılıb. Alaslan bildirib ki, balığın kilosunu 30-35 türk lirəsinə (təxminən 13-16 AZN) satmağı planlaşdırır.
 
"Azərbaycanda tutulan balığı alıb mağazama gətirdim. Təxminən 1,5 metr uzunluğunda olan balıq 63 kq gəldi. Bu gün axşama qədər sərgilədikdən sonra sabah kəsərək satışa çıxaracam. Kilosu 30-35 lirə arasında satmağı düşünürəm. Hazırda vətəndaşlar dalıqla şəkil çəkdirmək üçün növbəyə durub" deyə Fırat Alaslan bildirib.

Aydın
Qaynarinfo.Az