Ölkə 14:46 01.11.2017

Azərbaycanda vəzifəli şəxs həbs olundu

"Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini həbs edilib.

"Qaynarinfo" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
 
Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib. 

Qaynarinfo.Az