Sağlamlıq 10:30 13.05.2019

Azərbaycanda xəstəliklərin təsirinin proqnozlaşdırılması üçün riyazi model hazırlanır

Elektron səhiyyə layihəsi çərçivəsində Azərbaycanın demoqrafik vəziyyətinə dair araşdırmalar aparılır.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Milli  Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, hazırda bu istiqamətdə ölkənin müxtəlif coğrafi rayonlarında sağlamlığa təsir edən konkret xəstəliklərin təsirinin proqnozlaşdırılması üçün riyazi model işlənilir, müasir texnologiyalardan istifadə etməklə ən təhlükəli xəstəliklərin aşkarlanması üçün tədqiqatlar aparılır və metodoloji prinsiplər hazırlanır.

İnstitutdan bildirilib ki, elektron tibbin tətbiqi xroniki xəstələrin sistematik nəzarətini təmin edir, bu isə öz növbəsində, ölüm hallarının azalmasına, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına, bütövlükdə əhalinin ömür uzunluğunun artmasına imkan yaradır.