Foto 19:40 28.11.2021

Azərbaycanda yaşamış əfsanəvi canlı... – Roma qladiatorlarının kabusuna çevrilmişdi (FOTO)

Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "qırmızı siyahısı”nda nəsli kəsilən və kəsilmək təhlükəsi qarşısında qalan 128 918 növ var. IUCN keçən il uzun müddətdir təbiətdə görünməyən 36 heyvan və bitki növünün nəslinin kəsildiyini açıqlayıb.

Meksikalı alimlərin araşdırmalarına görə, bu gün dünyada "Altıncı kütləvi yox olma” prosesi gözləniləndən daha sürətlə baş verir. Araşdırma 2001-2014-cü illərdə 173 növün nəslinin kəsildiyini üzə çıxarıb. Bu, gözlənilən nəsil kəsilmə sürətindən 25 dəfə çoxdur. Elm adamları son 100 ildə 400-dən çox onurğalı növünün yoxa çıxdığını və bu prosesin normal olaraq 10 min il davam etdiyini, yaşanan fəlakətin bəşəriyyətin günahı olduğunu deyirlər.

Yer kürəsi tarixində 5 kütləvi yox olma hadisəsi baş verib və bunların hər biri heyvan, bitki və mikroorqanizm növlərinin 70-95 faizini məhv edib. Sonuncusu 66 milyon il əvvəl dinozavrları kütləvi şəkildə məhv edən prosesdir. Əlbəttə, dinozavrlar bu bu fəlakətlərdə yox olan yeganə canlılar deyil, bir daha görməyəcəyimiz minlərlə belə növ var.

Yava pələngi


1993-cü ildə brakonyerlik və yaşayış yerlərinin kiçildilməsi səbəbindən nəsli kəsilib.

Keşiş suitisi


Vaxtilə Karib adalarında yaşamış bu suiti cinsinin nəsli 2008-ci ildə tükənib.

Pinta adası tısbağası


Qalapaqos arxipelaqına daxil olan adalardan birində - Pintada yaşamış sonuncu Pinta adası tısbağası ("Yalnız Corc”) 2012-ci ildə 100 yaşında vəfat edib.

Qara kərgədan


2011-ci ildə brakonyerlik nəticəsində nəsli kəsilib.

Mamont


4000 il əvvəl nəsli kəsilmiş mamontlar Asiya və Şimali Amerikanın qütb bölgələrində yaşayıblar.

Pireney dağ keçisi


Son Pireney dağ keçisi 2000-ci ildə ölüb.

Meksika boz ayısı


Meksikada yaşayan boz ayıların nəsli 1964-cü ildə kəsilib.

Kvaqqa zebrası


Bu zebra növü XIX əsrin sonlarında dərisi üçün ovlandığına görə nəsli kəsilib.

Tasmaniya pələngi


Tasmaniya pələnginin sonuncusu 1936-cı ildə ölüb.

Qızıl qurbağa


Kosta-Rikada yaşamış qızıl qurbağanın nəslinin 1939-cu ildə kəsildiyi bildirilir.

Dəniz inəyi


Şimal qütbünə yaxın Berinq dənizində yaşamış dəniz inəyinin (Steller) nəsli 1768-ci ildə tükənib.

Pouli


Havay adalarında yaşamış bu quş növünün nəsli 2004-cü ildə tükənib.

Köçəri göyərçin


1904-cü ildə icazəsiz və həddindən artıq ovlanma nəticəsində nəsli kəsilib.

Moa


700 il əvvəl nəsli kəsildiyi məlum olan moalar Yeni Zelandiyada yaşayırdılar. Ovçuluq və yaşayış yerlərinin kiçilməsi səbəbindən tamamilə yoxa çıxıblar.

İrlandiya maralı


İndiyə qədər mövcud olan ən böyük maral növü kimi tanınan İrlandiya elkinin 7700 il əvvəl nəslinin tükəndiyi iddia edilir.

Tur


Turlar Asiya, Avropa və Şimali Afrikada yaşamış əhliləşdirilmiş mal-qaranın əcdadlarıdır. Ən yaxın qohumu vatussidir.

Xəzər pələngi


"Turan pələngi” də adlandırılır. Azərbaycan və bütün Xəzərsahili ölkələrə, şimalda İrtışa, şərqdə isə Əfqanıstana qədər yayılmışdılar. 1940-cı illərdə areal Transqafqaz, Aral dənizi, Əfqanıstan və Balxaş gölünə qədər kiçildi. 1930-cu illərdə Azərbaycanda Talış dağlarında, Cənubi Türkmənistanda görülüb. Eləcə də İran və Türkiyədə yaşayıblar.

Turan pələngi uzun illər ovçuların diqqət mərkəzində olub. Hələ Roma dövründə qladiator döyüşlərində geniş istifadə olunub. Uzun müddət zərərverici hesab edilib. Hətta 1927-ci ilədək SSRİ ərazisində öldürülən hər pələng üçün mükafatlar təklif olunub. Son Xəzər pələnginin 1970-ci illərdə Türkiyədə öldüyü düşünülür.

Ən nəhəng Xəzər pələngi 1899-cu ildə Azərbaycanda ovlanıb, quyruğu ilə birgə 360 sm olaraq ölçülüb.

Karolina tutuquşusu


Bu quş növü ABŞ-ın şərqində yaşayıb. 1940-cı illərdə nəsli tamamilə kəsilib.

Dodo


Mavriki adasında yaşamış bu tropik quşun nəsli XVII əsrdə yox olub. Dodo nəsli kəsilmiş ən məşhur heyvanlardan biridir. Onun yaşadığı yerlərdə yırtıcı heyvanlar yox idi, öz təkamülünü də bu şərtlər daxilində keçirmişdilər. Mavrikiyə gələn insanlar yırtıcı olmadığı üçün bu quşları asanlıqla ovlamışdılar.

Labrador ördəyi

Labrador ördəklərinin nəsli 1850-1870-ci illərdə kəsilib. Ördəyin ətinin dadı o qədər də sevilmədiyi üçün çox ovlanmayıb. Bununla belə, nəslinin kəsilməsinə insanların səbəb olduğu düşünülür.

Yunlu kərgədan


Bu heyvan Asiya və Avropada kifayət qədər geniş yayılmışdı. Hətta buz dövrünə uyğun yununun olduğu da məlumdur. Geniş yayılmış ovlanma nəticəsində nəsli kəsilib./telegraf.com