Ölkə 23:05 31.03.2018

Azərbaycanda yaşayan əcnəbilərin sayı məlum oldu

2017-ci ilin 31 dekabr tarixinə Azərbaycanda olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 109129 nəfərdir.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Onlardan 64015-i olduğu yer üzrə qeydiyyat, 26-sı müvəqqəti olma müddətinin uzadılması, 34079-u müvəqqəti müvəqqəti yaşamaq üçün icazə, 10942-si daimi yaşamaq üçün icazə, 67-si isə qaçqın status ilə ölkə ərazisində yaşayır.

2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb.