Azərbaycanda yaşı 30-a qədər olan neçə alim var?

Azərbaycanda yaşı 30-a qədər olan neçə alim var?

Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru ola bilib.

Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, 30 yaşa qədər elmlər doktoru ola bilənlərin 26-sı kişi, 4-ü qadındır.

Ölkədəki elmlər doktoru dərəcəsi olan 1 414 alimin əksəriyyətinin yaşı 60-dan yuxarıdır.

Elmlər doktoru dərəcəsi olanların 450-sinin 60-69 yaşı, 446-sının 70 və daha çox yaşı var.

Respublika üzrə emlər doktoru dərəcəsi olan alimlərin 46-sının yaşı 30-39, 130-unun yaşı 40-49, 312-sinin yaşı 50-59-dur.

Ölkədə elmlər doktoru dərəcəsi olan alimlərin 1 117-si kişi, 297-si qadındır.

Azərbaycandakı 6 064 fəlsəfə doktorunun 3 126-sı kişi, 2 938-i qadındır. Fəlsəfə doktorlarının çoxu 40-49 yaşlıdır.

Azərbaycanda fəlsəfə doktorunun 295-inin yaşı 30-a qədər, 980-nin yaşı 30-39, 1 428-inin yaşı 40-49, 1 343-ünün yaşı 60-69, 743-ünün yaşı 70 və daha çoxdur.

Qeyd edək ki, elmlər doktoru elmi dərəcəsinin alınması üçün əvvəlcə fəlsəfə doktoru dərəcəsinin alınması əsas şərtdir.

Hələ bu ilin yanvar ayında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva AMEA-nın Rəyasət Heyətində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında çıxış edərkən bildirmişdi ki, dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.

Prezident İlham Əliyev tərəfindən bu ilin iyun ayında elmi adların və dərəcələrin verilməsinə dair yeni əsasnamələr təsdiq edildi. Bununla da Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Trend-ə bildirmişdi ki, bununla elmi ad və dərəcələrin verilməsi prosesindəki artıq maneələr aradan qaldırılıb.

Bunların arasında ən mühümü dissertasiyaların sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə əlaqədardır. Eyni zamanda, icra prosedurlarının da sadələşdirilməsinə dair də addımlar atılıb.
XƏBƏRLƏR
BLOGLAR