Ekonomiks 17:28 06.03.2020

Azərbaycanda yeni ASC yaradıldı (TƏYİNAT)

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb.

Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Vasif Talıbov Yəhya Allahverdiyevi ASC-nin sədri təyin edib.

Qeyd edək ki, Yəhya Allahverdiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu gün imzaladığı digər Fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin bazasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.