Azərbaycanda yeni qayda: Plastik tullantıları istehsal edənlər yığışdıracaq

Azərbaycanda yeni qayda: Plastik tullantıları istehsal edənlər yığışdıracaq

Ölkədə yaranmış acınacaqlı vəziyyət həll olunmaq ərəfəsindədir

 "Azərbaycanda plastik qablaşdırma tullantılarının idarə olunmasında istehsalçı məsuliyyətinin artırılması ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir". Bu barədə Sputnik Azərbaycan-a eksklüziv olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev məlumat verib.

M. Nəbiyev bildirib ki, bununla bağlı təkliflər hazırlanıb: "Təkliflər sırasında yer alan məsələlərdən biri də, plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasıdır. Beynəlxalq təcrübədə belədir ki, plastik qablaşdırma tullantılarının idarə olunması bu sahədə fəaliyyət göstərən istehsalçılar tərəfindən həyata keçirilir. Biz də belə bir təklif hazırlamışıq. Plastik qablaşdırma tullantılarının idarə olunması ilə bağlı təkliflər sırasında yer alan bu məsələ birgə işçi qrup tərəfindən müzakirə olunacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması üzrə "Tədbirlər Planı" üzrə tədbirlər bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə icra edilməkdədir. Artıq plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR