Texnologiya 19:05 05.11.2019

Azərbaycanda yeni radio kanalı açılacaq

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Bu barədə Qaynarinfo-ya Şuradan bildirilib. 

İclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə noyabrın 12-dən dekabrın 12-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.