Ölkə 14:37 07.02.2019

Azərbaycanda yeni sayt fəaliyyətə başladı - "Posta.Az"

"Posta.az” xəbər portalı oxucularına fəaliyyətə başladığı 06.02.2019–cu il tarixindən, yəni bu gündən etibarən informasiya mühitində mövcud olan bütün vacib xəbərlərin çatdırılmasını təmin edir.
 
"Kommersant.az” maliyyə və biznes portalının daha genişləndirilmiş versiyası olan "Posta.az” oxucularına 3 dildə, Azərbaycan, rus və türk dillərində xidmət göstərəcək. Qeyd edək ki, "Kommersant.az” saytının da ən qısa vaxtda rus və türk dillərində olan versiyası oxuculara təqdim olunacaq. 

İctimai–siyasi sayt olan "Posta.az”ın xüsusi və heç bir xəbər portalında görmədiyiniz "Film” bölməsində isə hər axşam saat 21:00–da yeni film izləyə bilərsiniz. Eyni zamanda özünüz də bazadan hər hansı bir film seçə bilərsiniz. 

Oxucularına bütün ölkə və dünya gündəmini operativ şəkildə çatdıracaq "Posta.az”ın qısa zamanda saytlar arasında ön sıralarda öz yerini tutacağına ümid edirik. 

Bütün təklif və iradlarınız, eyni zamanda üzləşdiyiniz hadisələrlə bağlı [email protected] mail ünvanına və ya https://www.facebook.com/az.Posta.Az/ "Facebook” səhifəsinə yaza bilərsiniz.  

Qeyd edək ki, "Kommersant.az” və "Posta.az” saytları PS Media MMC–nin tərkibində fəaliyyət göstərir.