Foto 12:21 03.06.2019

Azərbaycanda yeni serial çəkilir: “Dədə malı” (FOTOLAR)

Komediya janrında olan "Dədə malı” adlı serialın çəkilişlərinə start verilib.

Qaynarinfo xəbər verir ki, 12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər SəlimliElsevər Camal, prodüseri Şahin Yusifov, quruluşçu operatoru isə Mehdi YaqubovdurTamaşaçılara bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşğun Viləş, Rada Nəsibova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır.

"ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonunun füsünkar təbiəti ilə seçilən Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı şəhərində aparılacaq.

Ssenariyə görə, uzun müddətdir Bakıda yaşayan iki qardaş, atalarının ölümündən sonra kəndə qayıdır. Xeyli borcu olan qardaşlar atalarından qalan mirası, yəni "Dədə malını” necə böləcəklərinin planını qururlar. Amma atalarının vəsiyyəti onları xeyli təəccübləndirir. Belə ki, vəsiyyətə görə, mirasın qardaşlar arasında bölünməsi üçün inanılmaz şərtlər yerinə yetirilməlidir. Elə bütün macəralar da bundan sonra başlayır.

Serial iyun ayından etibarən hər cümə günü, saat 20:45-də "ARB” televiziyasında yayımlanacaq.