Ekonomiks 18:07 03.09.2017

Azərbaycanda yeni zavod tikiləcək

Astarada yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək.

"Qaynarinfo" xəbər verir ki, bunu prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib.

İcra başçısı əlavə edib ki, hazırda rayonumuzda 8 kiçik çəltik emalı sahəsi fəaliyyət göstərir. Növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək:

"Bu il Astara rayonunda ümumi dəyəri 50 milyon manata yaxın çay, çəltik və sitrus meyvələri tədarük ediləcək. Bu da ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə olmaqla yanaşı, sakinlərimizin maddi rifah halının yaxşılaşmasına səbəb olacaq".

Qaynarinfo.Az