İdman 12:29 01.10.2018

Azərbaycanda yoxlama oyununa görə həvəskar komandaya fantastik mükafat verildi

Azərbaycan futbolunda daha bir maraqlı olay yaşanıb.

Qaynarinfo sport7.az-a istinadən xəbər verir ki, həvəskarlardan ibarət komandaya yoxlama görüşündə qələbəyə görə mükafat paylanıb.

Bu hadisə Regional Liqada iştirak etmək üçün hazırlaşan "Şahdağ” (Qusar) və "Tufan” (Bakı) komandalarının görüşündə yaşanıb. Paytaxt təmsilçisinin sponsorları komandaya qələbəyə görə mükafat vəd ediblər.

Məbləği dəqiqləşdirmək mümkün olmasa da, bu mükafat oyundan sonra "Tufan”ın futbolçularına paylanılıb. Belə ki, "Tufan” "Şahdağ”ı yoxlama oyununda 1:0 hesabıyla məğlub edib.