Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdü (YENİLƏNİB/VİDEO)
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
"Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
12.54
Azərbaycanda polkovnik-leytenant minaya düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az Müdafiə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, Polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.
O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər