Xəbər lenti

Azərbaycanda zavod direktoru həbs olundu - VİDEO
Ölkə 10:20 24.01.2014

Azərbaycanda zavod direktoru həbs olundu - VİDEO


Saxlanılan Elmar Cəfərov ona qarşı irəli sürülən ittihamları qismən də olsa qəbul edib

Abşeron Polis Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan seçilən zavod direktorunu həbs edib. Rayon sakini Cəfərov Elmar İdris oğlu məhdud məsuliyyətli cəmiyyətin direktoru olduğu müddətdə dövlət büdcəsinə vergi ödəməyib. Bu səbəbdən də onun rəhbəri olduğu cəmiyyət 54 min manatdan çox məbləği dövlət büdcəsinə ödəməkdən boyun qaçırıb. Saxlanılan Elmar Cəfərov isə ona qarşı irəli sürülən ittihamları qismən də olsa qəbul etdi.

Hazırda Elmar Cəfərov barəsində həm vergi, həm də cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmədə keçmiş direktorun bu əməlinə hüquqi qiymət veriləcək.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->