Ölkə 16:20 15.05.2019

Azərbaycandakı tələbələrin sayı açıqlandı

"Hal hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir”.
 
Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir:

"Ölkədə ümumilikdə 157662 tələbə bakalavr, 13442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120947 ( bakalavr), 11740 ( magistr) nəfər Bakıda təhsil alır”.