Ölkə 20:34 24.07.2018

Azərbaycandan tonlarla meyvəni Rusiyaya buraxmadılar

Təxminən 51 ton bitkiçilik məhsulu Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məhsullar "Rosselxoznadzor”un Dağıstan Dövlət İdarəsinin 

müfəttişləri tərəfindən "Yaraq-Qazmalar” keçid məntəqəsində saxlanılıb.

Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib.

Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 

ton şaftalı və 15 ton tütün xammalı olub.

Məhsullar Azərbaycana qaytarılıb.