Azərbaycanı dünyada tanıdan 10 həmvətənimiz (SİYAHI)

Azərbaycanı dünyada tanıdan 10 həmvətənimiz (SİYAHI)

Bəzi insanlar var ki, onlar dünyanın gedişatına təsir etmək üçün doğulur. Zaman keçsə də, onlar dünya tarixində öz adlarını yaşatmağa davam edir. 

Qaynarinfo BAKU.WS-ə istinadən dünyada tanınan azərbaycanlı şəxsiyyətləri təqdim edir. Bütün dünyada tanınan və qürur mənbəyimiz olan məşhur soydaşlarımızı tanıyaq:

1. Şəhriyar İmanov 
 


Şəhriyar İmanov 1989-cu il aprelin 21-də Bakı şəhərində anadan olub. Atası rəssam, anası musiqi müəlliməsi olan Şəhriyarın incəsənət sahəsinə olan marağı və istedadı doğulduğu ailə mühitindən asılı olaraq formalaıb. Şəhriyar  ABŞ-da "Sxsw music festival”ında, İsraildə "Oud festival”ında, Çində "Shanxai world music festival”ında, Fransada "Midem” festivalında, İsveçrə "Montreux jazz festival”ında, Almaniyada "Rudolshtat folk music” festivalında iştirak edib.

Bundan başqa Yunanıstanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsveçrədə, Kiprdə müxtəlif konsert proqramları ilə çıxış edir. Şəhriyar İmanovun Hindistanda 1 milyon tamaşaçı önündə canlı performans göstərən yeganə azərbaycanlıdır. 

2. İsfar Sarabski 
 


İsfar Sarabski noyabrın 2-si 1989-cu ildə Bakı şəhəində anadan olub.  Azərbaycan pianoçusu və bəstəkardır. 2009-cu ildə keçirilən pianoçuların "Montrö jazz festivalı"nın qalibi olub. Azərbaycan Respublikasının əməkdar artisti və "Zirvə" Dövlət Mükafatı laureatıdır. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış edib.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak edib və eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak edib. 2012-2013-cü illərdə Amerikanın caz musiqisi fondu tərəfindən Nyu-Yorkda keçirilən qala konsertə dəvət alıb.

O, 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər "İsfar Sarabskinin triosu"nu yaradıb. 

İsfar Sarabskinin triosu Amerikanın və Avropanın bir çox festivallarında və konsertlərində iştirak edir. İsfar Sarabski həm də Royal Philharmonic Concert Orchestra ( Kral Filarmonik konsert orkestri ), Oleq Lundstremin orkestri ilə bərabər – İgor Butman, Ben Williams, Mark Guiliana, Alan Hampton, Pat Senatore, Greg Swiller, Erik Klass, Christian Veber, Samuel Rohrer, Malcolm Creese, James Maddren kimi musiqiçilərlə də çıxış edib.

3. Əzizə Mustafazadə
 


Cazın şahzadəsi adlandırılan Əzizə Mustafazadə  19 dekabr 1969 Bakı şəhərində anadan olub., Dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Azərbaycan Respublikasının xalq artistidir.

4.  Şəhriyar Məmmədyarov
 



Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. 
 
5.  Vahid Ələkbərov
 


Vahid Ələkbərov Azərbaycanlı milyarder, İqtisad elmləri doktoru və Rusiyanın "LUKoyl" neft şirkətinin prezidentidir. Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian dır. O, 1993-cü ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. 

"Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub.

6. Rober Osseyn
 


Əslən azərbaycanlı olan Fransız aktyorudur. O,  "2015 Avropa Oyunları”nın məşəldarlarından biri olub. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərinin biridir. O, 1927-ci ildə Parisdə anadan olub. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından idi. 

Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edir. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olub.

7. Əli Cavan 
 


Amerika alimi, fizik, ABŞ Milli Elmlər Akademiyasının üzvüdür. Milliyyətcə azərbaycanlıdır. Əli Cavan 1926-cı ildə Təbrizda doğulub. Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasın qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf edib. 

1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaradır  və bunu 1969-cu ildə müşahidə edir. 1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işlədib. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf edir. O, "Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi” adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülür. 1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilib.

8. Araz Ağalarov
 
 

Araz Agalarov iqtisad elmləri doktoru və Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentidir. Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. Rusiya Federasiyasında müxtəlif sahələrə dair beynəlxalq sərgilər üzrə yeganə böyük operator olub. Bundan başqa, 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan "Ağalarov evi"nin tikintisini başa çatdırıb. Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahasi olan ilk hipermarketi tikib. Dünyada analoqu olmayan bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 

2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan "Krokus siti" şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi "Krokus siti" son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır. Araz Ağalarov iqtisad elmləri doktorudur. "Krokus intenəşnl" Şirkətlər Qrupunun prezidenti, "Krokus-Bank" idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və "Opora Rossii" ictimai təşkilatının vitse-prezidenti, "Biznes i vıstavkı" jurnalının baş redaktorudur

9. Emin Ağalarov
 
 

Emin Araz oğlu Ağalarov bəstəkar, müğənni və biznesmendir.2018-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb. Daha çox öz səhnə adı Eminlə məşhurdur. Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. "Marymount Manhattan College” (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb. "Crocus Group” adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir. 

10. Üzeyir Novruzov
 


Üzeyir Novruzov Azərbaycanlı sirk ustasıdır. O hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR