İdman 12:37 16.12.2017

Azərbaycanın 2018-ci il üçün FIFA referiləri açıqlandı

UEFA beynəlxalq dərəcəli futbol hakimlərinin 2017-2018 mövsümünün ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, azərbaycanlı FIFA referilərinin siyahısında dəyişiklik baş verməyib.

Əliyar Ağayev yenə ikinci kateqoriyada qalıb. Rəhim HəsənovÖmər Paşayev isə üçüncü kateqoriyalılar siyahısında yer alıb. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir müddət əvvəl azərbaycanlı FIFA referilərinin sayının dördə çatdırılmasının mümkünlüyünü bildirsə də, bu, baş verməyib.

Futzal üzrə FIFA referilərindən Elçin Səmədli birinci, Ramil Namazov, Yusif NurullayevHikmət Qafarlı üçüncü kateqoriyalıdırlar.

Qadın FIFA referilərinə gəldikdə, Yuliya QurbanovaSəbayel Qurbanova üçüncü kateqoriyada saxlanılıblar.

Siyahıda dəyişikliklər və yeni FIFA referiləri də yer alıb. İngiltərəli Entoni TeylorMaykl Oliver elit, isveçli Andreas Ekberq birinci kateqoriyaya keçib. Ekberq siyahıdan çıxan həmyerlisi Stefan Yohanessonu əvəzləyib. İkinci və üçüncü kateqoriyalara isə yeni referilər əlavə olunub.