Foto 19:15 25.01.2022

Azərbaycanın “Avroviziya”da çıxış edəcəyi tarix açıqlandı (FOTO)

İtaliyanın Turin şəhərində "Avroviziya” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Azərbaycan mayın 12-də ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək.

Bu barədə mahnı müsabiqəsinin saytında məlumat verilib.
Bildirilir ki, müsabiqənin təsisçi ölkələri - Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa birbaşa finala çıxacaqlar.

Xatırladaq ki, "Avroviziya-2022” mahnı müsabiqəsinin finalı mayın 14-də Turində keçiriləcək.