Ölkə 15:05 16.08.2019

Azərbaycanın axtardığı Kanada vətəndaşı saxlanıldı

Azərbaycanın axtarışa verdiyi Kanada vətəndaşı Bakı aeroportunda saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Cahangir Nəcəfov adlı şəxs Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub. O, Tiflis-Bakı təyyarə reysi ilə ölkəyə gələrkən həbs edilib.