Sağlamlıq 12:56 04.04.2020

Azərbaycanın baş infeksionisti heyvanlarda koronavirus tapılmasını şərh etdi

"Koronavirusun əvvəlki 4 növü infeksiya mənbəyi kimi pişiklərdə də var".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev Çinin Vuhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirus infeksiyası tapılmasından danışarkən deyib. 

Onun sözlərinə görə, bu gün dünyanı şoka salan koronavirus infeksiyasının bu növü insanlara yarasalardan keçib:

"İnfeksiyanın əvvəlki 4 növü heyvanlarda var. Pişik, it, inək, qoyun, hətta quşlarda da var. Əgər pişikdə bu virusu tapıblarsa, deməli, infeksiya pişiklərdən də keçə bilər".

Qeyd edək ki, koronavirus heyvanlar arasında da yayılıb. Çin baytarları Vuhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar. Bu barədə tədqiqatın nəticələrini "BioRxiv” elektron elmi kitabxanası yayıb.

Bahar Rüstəmli