Video 09:00 31.07.2019

Azərbaycanın bu ərazisində yayın ən isti vaxtında da buz var (VİDEO)

"Xəzər TV"nin əməkdaşları Goranboyun Buzluq kəndindəndən reportaj hazırlayıblar.

Qaynarinfo xəbər verir ki, 1139-cu ildə baş vermiş zəlzələ zamanı Göygöllə yanaşı, Goranboy rayonu ərazisində füsunkar gözəlliyə malik Buzluq kəndi, həmçinin buradakı mağaralar yaranıb.

Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən ərazi sıx meşələri, saysız hesabsız bulaqları ilə məşhurdur. Ən diqqətçəkəni isə buradakı buz mağaralarıdır.

Ətrafda 35-40 dərəcə istilik olmasına baxmayaraq buzxana adlandırılan mağardan buz parçaları çıxarmaq mümkündür.

Yerli sakinlər mağarlara girib-çıxmağın təhlükəli olduğunu deyirlər. Amma buna baxmayaraq buraya üz tutan yerli və əcnəbi turistlər həmin buz kristallarını görməyə, hətta ondan dadmağa da can atırlar.

Rayon mərkəzindən 55 kilometr uzaqlıqda yerləşən yaşayış məskəni hazırda turistlərin ən çox üz tutduğu məkanlardandır.