Sənət 09:15 10.05.2021

Azərbaycanın Əməkdar artisti xəstəxanaya yerləşdirildi (FOTO)

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

"Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə xəstəxanaya yerləşdirdik”, - o bildirib.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.