Maqazin 17:12 12.10.2017

Azərbaycanın ən çox evlənən məşhurları (FOTOLAR)

Bütün dünyada olduğu kimi, bizdə də məşhurların şəxsi həyatı daim maraq dairəsində olub. Hər hansısa ifaçının yeni mahnısı, klipi, konserti, aktyorun kino və teatrdakı rolundan daha çox özəl həyatı ilgi doğurub.

Bəli, bu gün müasir şou-biznesin prioriteti daha çox müğənnilərin şəxsi həyatı, intriqaları üzərində qurulub desək heç də yanılmarıq...

Məsələn, son illər ölkədə boşanma hadisələrinin artması şübhəsiz şou-biznes aləmində də müşahidə olunur. 

"Qaynarinfo" cebhe.info-ya istinadən ən çox ailə quran məşhurlarımızın siyahısını təqdim edir.


Xalq artisti Flora Kərimova 3 dəfə nikahda olan məşhurlar sırasındadır. Onun üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.


Müğənni Nura Suri də həmkarı kimi üç dəfə rəsmi nikaha daxil olub. Müğənni hazırda üç oğul anasıdır.


Tanınmış rəqqasə Oksana Rəsulova da üç nikahla şou-biznesin boşanmışları siyahısındadır. Onun son həyat yoldaşı isə repçi Elşad Xose olub.


Aparıcı Ulvira Qarayeva isə iki dəfə rəsmi nikahda olub. Onun ikinci evliliyi “Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə baş tutub. Onunla da boşanıb.


“Şeron” qrupunun üzvü Rüstəm Zeynallı üç dəfə ailə qurub. İfaçının ilk evliliyindən isə iki uşağı var. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır. 


Müğənni İzzət Bağırovun da ilk evliliyi sona qədər olmayıb və ikinci dəfə evlənib. İkinci evliliyindən isə üç uşağı dünyaya gəlib.


Meyxanaçı Namiq Qaraçuxurlu isə ikinci dəfə evlənib. Birinci evliliyindən sonra o, uzun müddət xalq artisti Aygün Kazımova ilə vətəndaş nikahında yaşayıb.


Əməkdar artist, aktrisa Leyla Şıxlinskaya isə dörd evliliklə şou-biznesdə liderliyini qorumaqdadır. Əməkdar artist müsahibələrinin birində gələcəkdə beşinci dəfə də evlənə biləcəyini vurğulayıb.


Repçi Hüseyn Dərya 2 dəfə ailə qurub. İkisi də uğursuz olub. İlk evliliyindən 1 qızı olan Dərya boşanaraq ikinci dəfə Sona Muradova ilə ailə qurub. Onların Cahangir adlı oğulları doğulub. Hüseyn Dərya Sonayla məhkəmə qərarı ilə ayrılıb. Hüseyn Dərya yol qəzasında həlak olub.


Müğənnilər Təranə Qumral və Musa Musayev – hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onu boşayıb Təranə Musayevanı ilə evlənib. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə, Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə, vətəndaş nikahında yaşayırlar.


Müğənni İlqar Sail 2 dəfə ailə qurub. İlk evliliyi puç olan müğənni 2-ci evliliyində özündən yaşca kiçik bir xanımla nikaha girib.


Müğənni Vasif Məhərrəmli iki dəfə evlənib. Onun birinci həyat yoldaşı xəstəlik nəticəsində vəfat edib. İkinci toyu mediadan gizli Tovuz rayonunda baş tutub. İlk evliliyindən Əfşan adlı qızı var. İkincidən isə bir oğlu doğulub. 


Niyaməddin Musayev də bir neçə dəfə ailə quran sənətçilərdəndir. Məlumata görə, sənətçi ilk evliliyindən dünyaya gələn övladlarının anasını, analıq hüququndan da məhrum edib. Görünür, evlilikdə kəramət görən tanınmışlar, sənət adamları yeni ilhamı tək yaradıcılıqda deyil, yeni hiss, yeni nəfəs, yeni münasibətdə də görürlər.

Qaynarinfo.Az