Maqazin 14:01 03.02.2021

Azərbaycanın iki məşhur siması evləndi (FOTO)

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa Aysel İbrahimova ailə həyatı qurub.

Qaynarinfo xəbər verir ki, bu barədə A.İbrahimova "Instagram" səhifəsində məlumat verib. O, nikahın bu il baş tutduğunu bildirib.

Qeyd edək ki, Aysel Akademik Opera və Balet Teatrının aktrisasıdır. Bu, aktrisa və klarnet ifaçısının ikinci evliliyidir.