Ölkə 13:47 05.10.2017

Azərbaycanın keçmiş dövlət müşaviri vəfat etdi

Keçmiş dövlət müşaviri Rafiq İsmayıl vəfat edib.

"Qaynarinfo"nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə R. İsmayılın oğlu Toğrul İsmayıl özünün facebook səhifəsində yazıb. Bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən R. İsmayıl bu gün vəfat edib.

Qeyd edək ki, Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunda anadan olub. 1992-93-cü illərdə Azərbaycan prezidentinin dövlət müşaviri vəzifəsində çalışıb. Sonralar pedaqoji fəaliyyətini davam etdirib, Bakı Dövlət  Universitetinin professoru olub.

Qaynarinfo.Az