Ölkə 21:10 25.09.2018

Azərbaycanın müqəddəs şəhəri yox ola bilər

Biz bilməliyik ki, Urmu gölü quruyacağı təqdirdə Təbriz şəhəri yox olacaq. O zaman bu şəhəri başqa yerə köçürmək lazım gələcək. Bu, reallıqdır və əhalini qorxutmaq məqsədi ilə dilə gətirilmir.

Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Ətraf mühitin qorunması və ekologiya təşkilatının sədr müavini Məsud Təcrişi deyib.

"Əvvəllər su altında olan ərazini indi duz təpələri bürüyüb. Baş verən duz fırtınaları küləyin istiqamətinə görə əsasən gölün şərq məntəqələrinə, o cümlədən Təbriz şəhərinə ziyan vurur. Mütəxəssislər bu barədə dəfələrlə xəbərdarlıq edib, lakin İran rejimi gölün böhrandan qurtarılması istiqamətində hər hansı əməli addım atmağa tələsmir", - Məsud Təcrişi bildirib.