Ölkə 17:29 10.11.2017

Azərbaycanın qırmızı xəttlə axtardığı şəxs tutuldu

Azərbaycan dövlətinin "İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdlü Rüfət Səfiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.

"Qaynarinfo" "Report”a isitinadən xəbər verir ki, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Məlumata görə, R.Səfiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olub.

Qaynarinfo.Az